Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan atletləri Vətənə qayıdıblar

Azərbaycan atletləri Vətənə qayıdıblar

Date: 7 December 2015 16:38


Bakı, 7 dekabr, AZƏRTAC 
ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatlarında iştirak edən Azərbaycan yığması Bakıya qayıdıb.
AZƏRTAC xəbər verir ki, idmançıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyi, Azərbaycan Ağır Atletika Federasiyasının və “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri qarşılayıblar.
Xatırladaq ki, idmançılarımız ABŞ-da keçirilən bu yarışlarda gələn il Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına 4 lisenziya qazanıblar.

Tags:  Azərbaycan atletləri Vətənə qayıdıblar


RƏYLƏR


Top news