Mübariz Qurbanlı: “Hansısa din adamının bəyanatı İranın mövqeyi deyil”

Mübariz Qurbanlı: “Hansısa din adamının bəyanatı İranın mövqeyi deyil”
16:39 7 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Nardaran hadisələri zamanı saxlanılan şəxslərin İranda bəzi dairələr tərəfindən qəhrəman kimi təqdim olunmasına münasibət bildirib.

 

APA-nın məlumatına görə, M. Qurbanlı deyib ki, Azərbaycan bu cür hərəkətləri pisləyir: “Biz hesab edirik ki, İranın rəsmi mövqeyi əsasdır və İran İslam Respublikasının rəsmilərinin açıqlamaları belədir ki, Nardaranda baş verən hadisələrdə bu ölkənin hər hansı formada iştirakı yoxdur. Əslində dolayısı ilə İran tərəfi də Nardaranda təxribatçı, ekstremist qrupların hərəkətlərini pislədiyini bəyan edir. Amma bütün ölkələrdə siyasi mühit yekcins deyil. Bizim Ermənistan istisna olmaqla, heç bir dövlətlə qarşıdurmamız yoxdur. Qonşularımızla dost münasibətlərimiz var. İran İslam Respublikasında hansısa din adamının bəyanatı hələ bu dövlətin mövqeyi demək deyil. İranda bu cür hərəkətləri edənlər, bu təşəbbüsü göstərənlər bu dövlətin Azərbaycanla münasibətlərinə xələl gətirmiş olurlar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR