Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rinqo Starrın zərb qurğusu hərracda 2,2 milyon ABŞ dollarına satılıb

Rinqo Starrın zərb qurğusu hərracda 2,2 milyon ABŞ dollarına satılıb

Date: 7 December 2015 16:43


Bakı, 7 dekabr, AZƏRTAC 
Böyük Britaniyanın “The Beatles” qrupunun barabançısı Rinqo Starrın bir çox hitlərində ifa elədiyi zərb qurğusu “Julien’s” hərrac evində 2,2 milyon ABŞ dollarına alıcı tapıb.
AZƏRTAC Böyük Britaniyanın reuters.com saytına istinadla xəbər verir ki, daha əvvəl “The Beatles” qrupuna məxsus “White Album” (Ağ albom) valı Birləşmiş Krallıqda 790 min dollara, Con Lenonun gitarası isə 910 min dollara satılmışdı.
Hərracda əldə olunan gəlirin bir hissəsi Starr və həyat yoldaşı Barbara Bax tərəfindən xeyriyyə məqsədilə kimsəsizlərə, xəstələrə, uşaqlara və ehtiyacı olan digər insanlara xərclənəcək.

Tags:  Rinqo Starrın zərb qurğusu hərracda milyon ABŞ dollarına satılıb


RƏYLƏR


Top news