İtkin düşən neftçinin anası: "Oğlumu versinlər..."

İtkin düşən neftçinin anası: "Oğlumu versinlər..."
16:47 7 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" neft yatağının 10-cu platformasında baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən biri də Mingəçevir şəhər sakini İnqilab Osman oğlu İsgəndərovdur. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, İnqilab İsgəndərov 10 ildir ki, neftçi işləyir. Mingəçevir Dövlət Universitetinin avtonəqliyyat fakültəsini bitirən İnqilab İsgəndərov  növbəti dəfə noyabrın 19-da işlədiyi neft yatağına yollanıb.

İki övladı və həyat yoldaşı ilə vidalaşıb.  Anası, 81 yaşlı Qəmər xanımdan xeyir-dua alıb. Noyabrın 29-da 58 yaşını elə iş yerində qeyd edib. Ailə üzvləri ilə zəngləşib, onların təbriklərini qəbul edib.  Sonuncu dəfə isə dekabrın 3-də ailəsi ilə əlaqə saxlayıb və tezliklə görüşəcəklərini deyib:

"3-ü günü onunla danışmışdıq, sağ-salamat idi. Dedi ki, 1-2 günə gəlirəm. Sonra 4-5-i əlaqə saxlaya bilmədik. Zəng etdik, telefonuna zəng çatmadı. İndiyə kimi də telefonuna zəng edirəm, zəng çatmır", - deyə İnqilab İsgəndərovun həyat yoldaşı Təranə İsgəndərova bildirib.
İndi İnqilab İsgəndərovun oğlu adı itkin düşənlər arasında olan atasından soraq almaq məqsədi ilə  bir neçə gündür Bakıdadır. Digər ailə üzvləri də ondan xəbər gözləyirlər: "Ananın arzusu nə olar, canımı verərəm, oğlumu versinlər", - deyə İnqilab İsgəndərovun anası Qəmər İsgəndərova vurğulayıb.

İnqilab İsgəndərovun qohumları və qonşuları da onların evinə gəlir, hər an xəbər alacaqlarını gözləyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR