Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qonşusunun evini yaran keçmiş məhkum ələ keçdi

Qonşusunun evini yaran keçmiş məhkum ələ keçdi

Date: 7 December 2015 16:52

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzda qonşusunun evindən 2150 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan 45 yaşlı kişi saxlanılıb. Rayonun İbrahimhacılı kənd sakini Şakir Məmmədov həmkəndlisi Vidadi Hümbətovun evdə olmadığını görüb, pəncərədən daxil olaraq oğurluq edib. Şakir Məmmədov qarət etdiyi qızıl əşyalarını qonşu rayonlarda satmağa nail olsa da, Tovuz polisi onun kimliyini müəyyən etməyə müvəffəq olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxs saxlanılıb. 

Qeyd edək ki, Şakir Məmmədov əvvələr də müxtəlif cinayətlər törədərək məhkumluq həyatı yaşayıb.   

Milli.Az


Tags:  Qonşusunun evini yaran keçmiş məhkum ələ keçdi

RƏYLƏR


Top news