Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda pulsuz dini təhsil verən ali məktəb yaradılacaq

Azərbaycanda pulsuz dini təhsil verən ali məktəb yaradılacaq

Date: 7 December 2015 16:54

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı İslam Universitetinin bazasında ödənişsiz ali dini təhsil verən qurumun yaradılması ilə bağlı təklif hazırlayıb.

 

APA-nın məlumatına görə, bunu komitə sədri Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, artıq təklif nəzərdən keçirilir.

 

M. Qurbanlı bu günlərdə qanunvericiliyə edilən dəyişikliyə əsasən xaricdə dini təhsil alanların dini ayin keçirməsinə qadağa qoyulmasına da münasibət bildirərək deyib ki, dəyişikliyin geriyə tətbiqi yoxdur: “Yəni hazırda məscidlərdə xaricdə təhsil almış şəxs bu işi davam etdirirsə, dəyişiklik geriyə, onlara şamil edilmir. Amma onu da deyim ki, son vaxtlar Qafqaz Müsəlmanları İdarəsində bu istiqamətdə təyinat alanların tam əksəriyyəti Bakı İslam Universitetinin məzunlarıdır”.


Tags:  Azərbaycanda pulsuz dini təhsil verən ali məktəb yaradılacaq

RƏYLƏR


Top news