İtkin neftçinin anası: "Oğlum mütləq qayıdacaq" (FOTO)

İtkin neftçinin anası: "Oğlum mütləq qayıdacaq" (FOTO)
16:56 7 Dekabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də “Günəşli” yatağındakı yatağında 10 saylı buruqda baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oğlu İsgəndərovdur.

ANS PRESS-in məlumatına görə, Mingəçevirdə 1957-ci il noyabrın 29-da anadan olan İnqilab ixtisasca nəqliyyatçıdır. O, ömrünün axırıncı 10 ilini dənizdə işləyib. İki övlad atası olan neftçi qızına bu ilin aprelində, oğluna isə sentyabrında toy edib.

İnqilab İsgəndərov 10 gün əvvəl doğum gününü dənizdə qeyd edib. Ona təbrik üçün zəng edənlərə isə neftçi "ad günümü sahilə qayıdanda üeyd edərik", - deyib.


İnqilab İsgəndərov (sağda) - oğlunun toyundan əvvəl


İnqilabın anası Qəmərxanım Mingəçevirdə tanınmış və böyük hörməti olan ibtidai sinif müəlliməsidir. Ana heç cürə oğlunun yoxluğuna inanmır. O, bütün günü "Oğlum mütləq gələcək", - deyir.


Qəmərxanım - İnqilab İsgəndərovun anası


Dekabrın 4-də Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Hadisə ilə bağlı SOCAR, FHN və Respublika Baş Prokurorluğunun birgə açıqladığı məlumatda 33 nəfərin təxliyyə edildiyi, 1 nəfərin isə cəsədinin sudan çıxarıldığı bildirilir. 29 nəfərin axtarışları davam etdirilir.

Baş vermiş faciə ilə bağlı Azərbaycanda 6 dekabr 2015-ci il dövlət başçısının sərəncamı ilə matəm elan edilib.

Biz də Xəzərdə baş verən hadisədə ölənlərin yaxınlarına baş sağlığı verir, itkin düşənlərin isə "Allahdan ümid kəsilməz" deyərək, tezliklə tapılacağına ümid edirik! Allah səbr versin!


Həmçinin oxuyun:

Dalğıclar 10-cu platformanın altında
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
İtkin neftçinin qardaşı: "Bu onun son sözləri oldu" (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR