Ekspert: "Ermənistandakı konstitusiya referendumu Sarqsyana daha bir prezidentlik müddəti təmin edib"

Ekspert: "Ermənistandakı konstitusiya referendumu Sarqsyana daha bir prezidentlik müddəti təmin edib"
16:57 7 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ "Parlament idarəsi üsuluna keçidlə bağlı bu konstitusiya referendumunun məqsədi Ermənistanı idarə edən Qarabağ klanının hakimiyyətdə qalmasını təmin etmək idi".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov deyib.
"Ekspert icması əvvəlcədən bu seçkilərin məqsədinin Ermənistanda mövcud olan quruluşa hansısa demokratik əsaslar vermək yox, hakimiyyətdə olan Qarabağ klanının postunu qorumasına yardım etmək olduğunu bilirdi. Serj Sarqsyan artıq iki dəfə prezident seçildiyindən limiti doldurub. Hakimiyyətdə qalmaq üçün onun bir çıxış yolu var idi: referendum vasitəsilə ölkə konstitusiyasına dəyişiklik etmək. Elə bu da baş verdi", - R.Hüseynov bildirib.
AMEA-nın elmi əməkdaşı qeyd edib ki, bu səsvermədə 1,6 milyon seçici iştirak edə bilərdi, referendumun baş tutması üçünsə məntəqələrə minimum 50% seçici gəlməliydi: "Axşam qədər yalnız 37% seçici fəallığı var idi. Lakin məntəqələrin bağlanmasına yaxın maraqlı rəqəm ortaya çıxdı - seçicilərin 50,05 faizi seçkiyə gəlib və səs verib. Özü də maraqlıdır ki, yarım milyona yaxın səs "ölü"dür, yəni həmin seçicilərin adları Ermənistanda qeydiyyatdadır, amma özləri Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdə işləyir. Onların səsləri hakimiyyət tərəfindən istifadə olunur", - R.Hüseynov qeyd edib.
Eyni zamanda ekspert vurğulayıb ki, referendum öncəsi Ermənistanda xüsusi fərdi identifikasiya kartları hazırlanıb və təxminən 180 min vətəndaşa paylanılıb: "Maraqlısı budur ki, bu kartlarla qeydiyyatdan asılı olmayaraq, eyni zamanda bir neçə məntəqədə səs vermək olar. Başqa sözlə, hələ bu kartdan istifadə edən seçicinin harada səs verdiyini müəyyənləşdirən mexanizm yoxdur. Bu iki məqam - yarım milyon "ölü" səs və 180 min identifikasiya kartı "karusel" yaratmağa tam imkan verir. Görünür, elə bundan da istifadə olunub".
R.Hüseynov əlavə edib ki, Ermənistan parlamentinin Dağlıq Qarabağ klanının üzvləri olan fiqurlar var: "Faktiki olaraq, erməni deputatların əksəriyyəti hökumət adamlarıdır. Ermənistan tərəfinin geniş təcrübəsini nəzərə alsaq, hökumət strukturlarının konkret oliqarxlara bağlı olan, "ələ baxan" deputatların manipulyasiya edilməsi heç bir çətinlik yaratmamalıdır.
Ekspert prezident Serj Sarqsyanın sərbəst hərəkət edə bilmədiyini, onun həm Rusiya tərəfi, həm də xaricdəki, o cümlədən ABŞ-dakı diaspora ilə bağlı olduğunu da qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/ekspert-ermenistandaki-konstitusiya-referendumu-sarqsayana-daha-bir-prezidentlik-muddeti-temin-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR