Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda ikinci beynəlxalq plov festivalı keçiriləcək

Bakıda ikinci beynəlxalq plov festivalı keçiriləcək

Date: 7 December 2015 16:57

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə dekabrın 11-də II Beynəlxalq Plov Festivalı keçiriləcək.
"Report" xəbər verir ki, festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrin düyü bişirmə mədəniyyəti ilə tanış olmaq və Azərbaycan mətbəxinin şah əsəri olan plovlar ilə xarici qonaqları tanış etməkdir.
Azərbaycanda fəaliyyət göstərən səfirlik, diplomatik nümayəndəliklər, diasporalar bu festivalda öz ölkələrinin düyü, plov mədəniyyətlərini təmsil edə biləcək.
Festivalada Türkiyə, Özbəkistan, Yaponiya, İndoneziya, Tacikistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Hindistan, Fələstin, İran və s. ölkələrin səfirlikləri iştirak edəcək.
Festivalın rəsmi açılışı dekabrın 11-də saat 11-də "Sərin" restoranında olacaq.
Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası düyü ,yağ, süd,ət,quş,balıq, ədviyya və s.məhsul istehsal edən və satan bütün firmaları II Beynəlxalq Plov festivalına dəvət edir.

Tags:  Bakıda ikinci beynəlxalq plov festivalı keçiriləcək

RƏYLƏR


Top news