BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb

BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb
16:57 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Cari ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 263 445 ton Azərbaycan nefti nəql olunub. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,62% çoxdur.
Cari ilin yanvar-noyabr aylarında bu kəmərlə ötürülən neftin həcmi isə illik müqayisədə 1,26% artaraq 26 373 898 ton təşkil edib.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il dekabrın 1-ə qədər BTC-yə 290 213 744 ton neft vurulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,11% artım deməkdir.
Bundan başqa, 2015-ci ilin noyabr ayında BTC kəməri ilə 422 299 ton Türkmənistan nefti nəql olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/btc-kemeri-ile-azerbaycan-neftinin-neqli-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR