Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mübariz Qurbanlı: Əsas olan İranın rəsmi mövqeyidir

Mübariz Qurbanlı: Əsas olan İranın rəsmi mövqeyidir

Mübariz Qurbanlı: "Azərbaycan xalqı bölünmüş xalqdır" (18 Fevral 2017 13:04)
Mübariz Qurbanlı Ucarda vətəndaşları qəbul edəcək (17 Fevral 2017 16:12)

Tarix: 7 Dekabr 2015 16:58

Bakı. Elmir Murad - Trend:

"İranda kimlərsə Azərbaycanın daxilində, Nardaranda baş verən hadisələrə özləri bildikləri kimi qiymət vermək istəyiblər ki, bu da yolverilməzdir".

Bunu bu gün Bakıda "Dini radikalizmlə mübarizə: əsas hədəflər" mövzusunda keçirilən konfransda jurnalistlətə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, əsas olan İranın rəsmi mövqeyidir: "Həm İranın Azərbaycandakı səfirliyinin, həm də İran parlamentinin spikeri Əli Laricaninin Nardarandakı hadisələrlə bağlı açıqlamasında birmənalı şəkildə qeyd olundu ki, İran bu hadisələrdə heç bir halda iştirak etmir. Dolayısilə İran tərəfi də Nardarandakı təxribatçı, ekstremist qrupların hərəkətlərini pislədiklərini bəyan edir".

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Mübariz Qurbanlı Əsas olan İranın rəsmi mövqeyidir



RƏYLƏR


Top xəbərlər