Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmar Qasımov: “Böyük dəbilqə”nin medalı mənə çox lazım idi

Elmar Qasımov: “Böyük dəbilqə”nin medalı mənə çox lazım idi

Date: 7 December 2015 16:58


Bakı, 7 dekabr, AZƏRTAC 
Azərbaycanlı cüdoçu Elmar Qasımov (100 kq) Tokioda “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanaraq bu ilin yarış mövsümünə nöqtə qoyub. O, yarımfinalda ev sahibi Haqa Rinosukeyə uduzaraq, üçüncü yer uğrunda qazaxıstanlı idmançıya qarşı uğurla mübarizə aparıb. İdmançı Azərbaycanın Cüdo Federasiyasına müsahibəsində son reytinq startlarında uğurları və bir çox başqa məsəllər barədə danışıb.

-Sindao və Cecuda Qran-Pri yarışında bürünc medal əldə etdikdən sonra Tokioda mübarizə aparmaq Sizə çətin olmadımı?
-Yorğunluq, praktiki olaraq yoxdur, bərpa normal keçir. Son ay ərzində ardıcıl keçirilən reytinq turnirlərində nəticə göstərmək lazım idi. Odur ki, Tokioda əlimdən gələni etdim. Üçüncü yer uğrunda Maksim Rakovla qarşılaşma əsl çarpışma oldu.
-Yeri gəlmişkən, əvvəllər də qarşılaşdığınız sabiq dünya çempionu ilə budəfəki tutaşmanın taktikası necə idi?
-Rakovu üstələmək olduqca çətindir. Son vaxtlar onun üsulu dəyişib, çəkisi artıb. Əgər rəqib əvvəllər əsasən fəndlərə üstünlük verirdisə, indi ən yaxşı tutaşmaları fiziki keyfiyyətləri hesabına həll edir. Bu vəziyyətdə mübarizəni elə qurmaq lazım idi ki, onu çaşmağa vadar edəsən. Həm də Rakovu daim qabaqlamaq, ona əl-qol açmağa imkan verməmək lazım idi. Sonda hər şeyi rəqibə ünvanlanan xəbərdarlıq həll etdi. Demək olar ki, plan baş tutdu.
-Son üç həftədə Siz Sindao və Cecuda Qran-Pri yarışında, Tokioda “Böyük dəbilqə”də üç bürünc medal qazanmısınız. Mükafatlardan hansı Sizin üçün daha əhəmiyyətlidir?
-Klassiklərdən biri deyib ki, yadda qalan sonuncu olur. Ona görə də Yaponiyada uğur qazanmağım mənim üçün xüsusilə qiymətlidir. Bu, hər halda mövsümün son startı idi və hamı fərqlənmək istəyirdi.
-Bu nəticə həm də reytinqdə mövqeyinizi möhkəmləndirəcək...
-Bax, elə mən də bunu deyirəm. Ona görə də bu medal mənə çox lazım idi. Bununla yanaşı, xatırlayıram ki, Tokioda “Böyük dəbilqə” yarışında komanda sonuncu dəfə dörd il əvvəl fərqlənib. O zaman Kifayət Qasımova (57 kq) üçüncü yeri tutmuşdu.
-Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
-Monqolustana toplantıya yola düşəcəyik. Komanda artıq oradadır. Elxan Məmmədovla (100) mən uşaqlara qoşulacayıq. Ali məqsəd – Olimpiada uğrunda gərgin məşq etmək lazımdır.

Tags:  Elmar Qasımov Böyük dəbilqənin medalı mənə çox lazım idi



RƏYLƏR


Top news