Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kəmaləddin Heydərov "Günəşli"dəki qəza ilə əlaqədar hadisə yerində olub (FOTO)

Kəmaləddin Heydərov "Günəşli"dəki qəza ilə əlaqədar hadisə yerində olub (FOTO)

Date: 7 December 2015 17:03

Bakı. Trend:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 7-də general-polkovnik K.Heydərov “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olub. Əraziyə baxış keçirən nazir baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olub.

Sonra K.Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılmış qərargahda birgə müşavirə keçirib, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Kəmaləddin Heydərov Günəşlidəki qəza əlaqədar hadisə yerində olub FOTO

RƏYLƏR


Top news