Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş nazirin müavini xəsarət almış neftçiləri ziyarət edib

Date: 7 December 2015 17:03

Bakı. Samir Məmmədov - Trend:

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan, "Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət almış neftçiləri ziyarət edib.

Trend-in məlumatına görə, bü gün neftçiləri ziyarətə həmçinin Xoşbəxt Yusifzadə, Əhliman Əmiraslanov, Musa Yaqubov gəlib.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 26 nəfərin axtarışı davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Baş nazirin müavini xəsarət almış neftçiləri ziyarət edib

RƏYLƏR


Top news