Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aerobika gimnastikası üzrə ilk Azərbaycan birinciliyi keçiriləcək

Aerobika gimnastikası üzrə ilk Azərbaycan birinciliyi keçiriləcək

Date: 7 December 2015 17:08


Bakı, 7 dekabr, AZƏRTAC 
Dekabrın 11-də aerobika gimnastikası üzrə ilk Azərbaycan birinciliyi start götürəcək.
AZƏRTAC xəbər verir ki, aerobika gimnastikasının 6 növü üzrə yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında keçiriləcək.
Birincilikdə “Ocaq Sport” klubunu təmsil edəcək, ümumilikdə 30-dan artıq gimnast iştirak edəcək. Turnirdə 6-8 yaşlı oğlan və qız idmançılar fərdi proqramda, həmçinin qarışıq cütlük və üçlüklərin tərkibində yarışacaqlar. Birincilikdə 9-11 yaşlı qız gimnastlar fərdi proqram, o cümlədən üçlük və qrup daxilində icra olunan hərəkətləri nümayiş etdirəcəklər. Tamaşaçılar, həmçinin 12-14 yaşlı idmançıların fərdi çıxışlarının da şahidi olacaqlar.
Mükafatlandırma və bağlanış mərasimlərindən əvvəl gimnastika həvəskarlarını nümunəvi çıxışlar və ruhlandırıcı fləşmob gözləyir.

Tags:  Aerobika gimnastikası üzrə ilk Azərbaycan birinciliyi keçiriləcək


RƏYLƏR


Top news