Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

20 kq narkotiklə tutulan "ZEK"ə 8 İL HƏBS

20 kq narkotiklə tutulan "ZEK"ə  8 İL HƏBS

Date: 7 December 2015 17:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kopllegiyasının hökmünə əsasən, E. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ağcabədi sakini əvvəllər məhkum olunmuş Elçin Əliyev Bakıda, Xətai rayonu ərazisində 20 kq narkotiklə saxlanılıb.

 

Ağcabədi rayon Hindarx qəsəbə sakini Elçin Əliyev narkotik tərkibli bitkini tanışları ilə birgə Oğuz rayon ərazisindən toplayıb. Saxlanılan şəxsin sözlərinə görə, Akif adlı tanışı ona narkotiki Bakıya gətirməyi, yerdə qalan məsələləri isə özünün həll edəcəyini deyib.

 


Tags:  kq narkotiklə tutulan ZEKə İL HƏBS

RƏYLƏR


Top news