Avroparlamentdə Şultsa qarşı etirazlar: “Mənfi nümunə yaradır”

Avroparlamentdə Şultsa qarşı etirazlar: “Mənfi nümunə yaradır”
17:09 7 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Avropa Parlamentinin prezidenti Martin Şultz parlament üzvləri tərəfindən israfçılıqda ittiham olunur.

 

Lent.az-ın “dailymail.co.uk” saytına istinadən verdiyi xəbərə görə, Martin Şultzun iki limuzini, iki şoferi və 33 assistenti var. Onun həmçinin qonaqları qarşılaması və digər xidmətlər üçün nəzərdə tutulmuş iki qulluqçusu var.

 

“Bu, parlamentin xərclərin azaldılması xətti və fiskal siyasətlə bağlı mənfi nümunə yaradır,” - deyə parlamentarilər bildiriblər.

 

Parlament büdcəsini illik nəzərdən keçirən büdcə nəzarəti komitəsinin məruzəsində isə “Avropa Parlamenti prezidentinin ofisində bu qədər adamın çalışmasının şübhəli olduğu” qeyd edilib.

 

Qeyd edilir ki, 21 ildir, Avropa Parlamentinin üzvü olan Martin Şults illik 227 min avro məvacib və güzəştlər alır.

 

Şultzun mətbuat katiblərindən biri isə onu müdafiə edərək, prezidentin gərgin iş qrafiki olduğu üçün iki sürücüyə ehtiyacı olduğunu vurğulayıb.

 

Mətbuat katibi, həmçinin, Şultzun öz sələfləri ilə müqayisədə daha az işçi götürdüyünü deyib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR