"Azneft": "Axtarışlara əlavə gəminin cəlb olunması nəzərdə tutulur"

"Azneft": "Axtarışlara əlavə gəminin cəlb olunması nəzərdə tutulur"
17:12 7 Dekabr 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Hava şəraitinin dekabrın 9-da pisləşməsi proqnozlaşdırıldığından əsas axtarış işləri bu gün və sabah həyata keçiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib. "Maksimumum dərəcədə çalışırıq ki, bu gün gecəyə qədər və sabah əsas axtarış işlərini aparaq. Ümumilikdə isə axtarış işləri sona qədər davam etdiriləcək", - B.Ağarəhimov bildirib.
O qeyd edib ki, axtarışla əlaqədar əlavə gəminin də cəlb olunması nəzərdə tutulur. Onun sözlərinə görə, bu gün "Günəşli" yatağında axtarış işlərinə 4 helikopter cəlb olunub. 
Axtarış işlərinə digər dövlətlərin də cəlb olunması məsələsinə gəlincə isə baş mühəndis qeyd edib ki, son nəticələr sübut edir ki, cəsədlərin daha böyük məsafələrə çıxması inandırıcı deyil. Baş mühəndis yanğının quyuda hazırda davam etdiyini qeyd edib: "Söndürülmə ilə əlaqədar səhərki müşavirədən sonra tədbirlər planı hazırlanıb. Hazırda o plan üzərində işlər görülür. FHN və SOCAR-ın yeni avadanlıqları köpüklə söndürmə, sektorlara bölünmə planına uyğun həyata keçirilir".

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azneft-axtarislara-elave-geminin-celb-olunmasi-nezerde-tutulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR