Mənim atam neftçidir "Günəşli"də - ŞƏRHSİZ

Mənim atam neftçidir "Günəşli"də - ŞƏRHSİZ
17:12 7 Dekabr 2015
281 Digər
Ölkə mətbuatı
A- A+

Fransada yaşayan soydaşımız hər kəsi kövrəldən bir şeir yazıb

Milli.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə yaşayan Rəfiqə adlı soydaşımız oradan Azərbaycanı qəm-kədər içində boğan hadisəyə şeir yazıb. 

Günəşli yatağında işləyən neftçilərə həsr edilən şeir sosial şəbəkədə geniş yayılmaqdadır.

Rəfiqə Erkinin neftçilərimizə həsr etdiyi şeiri təqdim edirik:

Mənim atam neftçidir,
Neft çıxarır Xəzərdən.
Görəsən, heç əlləri donur külək əsəndə?

Mənim atam neftçidir, 
Nəfəsi də neft qoxur,
Sahilə baxa-baxa hər gün mahnı oxuyur.

Mənim atam neftçidir,
Həyatı neft içində.
Hər gün gözləyirəm ki, evə gəlsin işindən.

Mənim atam neftçidir,
Günəş platformasında,
Ruhu sahilə baxır mühəndis formasında!

Ceyhun Ələkbərov

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR