Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Məscidlərdə veb-kameraların quraşdırılması bir günün işi deyil"

"Məscidlərdə veb-kameraların quraşdırılması bir günün işi deyil"

Date: 7 December 2015 17:12

"Məscidlərdə veb-kameraların quraşdırılması bir günün işi deyil, biz bu məsələni zamanla həll etməliyik".

Trend-in məlumatına görə, bunu bu gün Bakıda "Dini radikalizmlə mübarizə: əsas hədəflər" mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda böyük məscidlərin bir çoxunda belə kameralar var. M.Qurbanlı bunların təhlükəsizlik tədbirləri ilə əlaqədar quraşdırıldığını qeyd edib: "Məscidlərdə veb-kameralar olmalıdır. Orada hər hansı təxribat törətmək planını bu cür kameralar vasitəsilə aşkar etmək, aradan qaldırmaq olar. Bunu zaman-zaman əksər məscidlərdə tətbiq etmək lazımdır".

Komitə sədri qeyd edib ki, rayonlardakı məscidlərdə də bu cür veb-kameraların quraşdırılması nəzərdə tutulur: "Əksər rayon mərkəzlərində cümə məscidləri var. Əsasən, böyük məscidlərdə veb-kameraların quraşdırılması planlaşdırılır. Bunu tədricən daha geniş şəkildə tətbiq etmək lazım gələcək".

Milli.Az


Tags:  Məscidlərdə veb-kameraların quraşdırılması günün işi deyil


RƏYLƏR


Top news