Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ödənişsiz ali dini təhsil verən müəssisə yaratmaq təklif olunur

Azərbaycanda ödənişsiz ali dini təhsil verən müəssisə yaratmaq təklif olunur

Date: 7 December 2015 17:17

Xaricdə dini təhsil alanlar bundan sonra Azərbaycandakı məscidlərdə hər hansı formada xütbə və moizə verilməsində iştirak edə və məsciddə rəhbər vəzifə tuta bilməzlər.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda "Dini radikalizmlə mübarizə: əsas hədəflər" mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu barədə qərar "Dini etiqad haqqında" qanuna edilən iki mühüm dəyişiklikdən sonra verilib: "Bu cür təhsil almış şəxslər, təbii ki, başqa sahələrdə çalışa bilərlər. Bu məsələdə kimsə onlara hər hansı formada maneçilik törətməyəcək. Azərbaycanda dini təhsil verən mədrəsələrimiz var. O cümlədən Bakı İslam Universiteti var. Biz təklif vermişik ki, Bakı İslam Universiteti bazasında ödənişsiz ali dini təhsil verən dini təhsil ocağı yaradılsın".

M.Qurbanlı qeyd edib ki, həmçinin Azərbaycanda təhsil alan şəxslər məscidlərdə çalışmaq səlahiyyəti əldə edəcəklər: "Hazırda bu istiqamətdə işlər gedir".

Milli.Az


Tags:  Azərbaycanda ödənişsiz ali dini təhsil verən müəssisə yaratmaq təklif olunur


RƏYLƏR


Top news