UEFA Qurban Qurbanova təşəkkür məktubu göndərib

UEFA Qurban Qurbanova təşəkkür məktubu göndərib
17:18 7 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
UEFA Topaz Premyer Liqasının 7-ci turunda keçirilmiş “İnter”-“Qarabağ” (0:2) matçında baş verən “fair-play” nümunəsinə görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, qitə futbol qurumu məktubda Q.Qurbanova futbolçu Elvin Məmmədova mübahisəli penalti zərbəsini kənara vurmaq tapşırığını verməsinə görə, təşəkkürünü bildirib. Həmçinin qeyd olunub ki, baş məşqçi və futbolçunun belə hərəkət etməsi “fair-play” qaydalarının pozulmamasına sübutdur. Belə hərəkətin alqışalayiq olduğunu bildirən qurum təmsilçimizə uğurlar arzulayıb.
Artıq Ağdam təmsilçisinin baş məşqçi sözügedən məsələ ilə bağlı fikirlərini bölüşüb. “UEFA-nın məktubunu normal qarşıladım. Bir tərəfdən belə bir məktubu almaq xoşdur. Amma mən bunu təşəkkür almaq üçün etməmişdim. Sadəcə oyun epizodu məni belə bir addım atmağa sövq etdi”, - deyə Q. Qurbanov bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/UEFA_Qurban_Qurbanova_tesekkur_mektubu_gonderib-908980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR