Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nazirin maşını qəzaya düşdü - AZƏRBAYCANDA

Nazirin maşını qəzaya düşdü - AZƏRBAYCANDA

DƏHŞƏT: yük maşını məktəblilərin üzərinə aşdı (25 Mart 2017 13:38)
Türkiyənin güləş yığması qəzaya düşdü (19 Mart 2017 12:33)
Türkiyənin güləş yığması qəzaya düşdü (19 Mart 2017 12:32)

Tarix: 7 Dekabr 2015 17:19

 

 

Azərbaycanda nazirin maşını qəzaya düşüb.

 

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə Hökumət Evinin qarşısında qeydə alınıb. BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın “Chery Tiggo” markalı, 99 GJ 986 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

 

APA-nın əməkdaşı qəzaya düşən avtomobillərin fotosunu da çəkib.

 

Qəzaya düşən BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın kənd təsərrüfatı naziri Heydər Əsədovun xidməti avtomobilidir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA-ya faktı təsdiq edərək bildirib ki, hadisə baş verən vaxt nazir maşında olmayıb. Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobilə ziyan dəyib. M. Hacıyev yol polisinin hadisə ilə bağlı araşdırma apardığını da qeyd edib.

 






Teqlər:  Nazirin maşını qəzaya düşdü AZƏRBAYCANDA



RƏYLƏR


Top xəbərlər