Əli Əhmədov "Günəşli" yatağında xəsarət alan neftçilərə baş çəkib

Əli Əhmədov "Günəşli" yatağında xəsarət alan neftçilərə baş çəkib
17:22 7 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Mərkəzi Neftçilər Xəstəxanasına gələrək "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkib.

"Report"un xəstəxanada olan əməkdaşının verdiyi xəbərə görə, Ə.Əhmədov xəstələrin səhhəti ilə maraqlanıb, son durumları haqda həkimlərdən məlumat alıb.

Xatırladaq ki, qəzada xəsarət alan 13 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicələrini davam etdirirlər.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR