UEFA-dan "Qarabağ"a təşəkkür - FOTO

UEFA-dan "Qarabağ"a təşəkkür - FOTO
17:32 7 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Ağdamın "Qarabağ" komandası UEFA-dan təşəkkür məktubu alıb.

Milli.Az bildirir ki, klubun sosial şəbəkəsində yayılan məktubun məzmunundan belə məlum olur ki, ali futbol qurumu bu il oktyabrın 10-da Azərbaycan çempionatında "İnter"ə qarşı keçirilən oyundakı olaya görə ağdamlılara təşəkkürünü bildirib. Xatırladaq ki, həmin oyunda hakimin yanlış qərarı səbəbindən komandanın baş məşqçisi Qurban Qurbanov Elvin Məmmədova penaltini kənara vurmaq tapşırığı vermiş və o da göstərişi olduğu kimi yerinə yetirmişdi. 

 Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR