Ermənistan müxalifəti parlamentin iclasını boykot etdi

Ermənistan müxalifəti parlamentin iclasını boykot etdi
17:34 7 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

“Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələri hakimiyyət tərəfindən saxtalaşdırıldığı üçün Ermənistan parlamentinin sessiyasını boykot edirik”.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan parlamentin bu gün keçirilən iclasında deyib.

 

“Yaranmış vəziyyətdə sizinlə bir masa arxasında əyləşib, həmişəki kimi işləyə bilməyəcəyimiz üçün boykot elan edirik. Boykotun səbəbi referendumun nəticələrini saxtalaşdırmaqla xalqın iradəsini utanmazcasına zorlamaqdır. Seçkilərdə bülletenlərin topa şəklində atılması, zorakılıq, təzyiq, rüşvət verilməsi kimi hallar müşahidə olunub”, - deyə o vurğulayıb.

 

Ermənistan parlamentinin sədri Qalust Saakyan L. Zurabyanın çıxışına müdaxilə edərək “fərqli nöqteyi-nəzərlərimiz var” deyib və mikrofonu söndürüb. Buna cavab olaraq müxalifətçi deputatlar Levon Zurabyan, Aram Manukyan və Qaqik Canqiryan iclas zalını tərk ediblər.

 

Qeyd edək ki, dünən Ermənistanda konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Aşağı seçici fəallığı ilə keçən referendumda konstitusiya islahatlarının lehinə vətəndaşların 63,35 faizi səs verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR