​Terrorçu İŞİD-in aylıq gəlirinin məbləği məlum olub

​Terrorçu İŞİD-in aylıq gəlirinin məbləği məlum olub
17:42 7 Dekabr 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının aylıq gəliri 80 milyon dollardır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "İHS" ABŞ-ın Araşdırma Mərkəzinin təmsilçisi bildirib.
Məlumata görə, İŞİD-in aylıq gəlirinin 43 faizi neft ticarətinin payına düşür.
Araşdırmaçının sözlərinə görə, terrorçuların gəlirinin 50 faizi onların nəzarəti altında olan ərazilərdəki ticarət obyektlərindən yığılan verginin, torpaq və şəxsi mülkiyyətin müsadirəsi, habelə narkotik maddələrin satışının payına düşür: "Gəlirin qalan hissəsi ianə, əntik əşyaların satışı, elektrik enerjisinin verilməsinin hesabına formalaşır". 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/terrorcu-i-si-d-in-ayliq-gelirinin-meblegi-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR