Azərbaycanda nazirin avtomobili qəzaya düşdü - FOTO

Azərbaycanda nazirin avtomobili qəzaya düşdü - FOTO
17:42 7 Dekabr 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda nazirin maşını qəzaya düşüb.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə Hökumət Evinin qarşısında qeydə alınıb. BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın "Chery Tiggo" markalı, 99 GJ 986 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

APA-nın əməkdaşı qəzaya düşən avtomobillərin fotosunu da çəkib.

Qəzaya düşən BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın kənd təsərrüfatı naziri Heydər Əsədovun xidməti avtomobilidir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA-ya faktı təsdiq edərək bildirib ki, hadisə baş verən vaxt nazir maşında olmayıb.

Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobilə ziyan dəyib. M. Hacıyev yol polisinin hadisə ilə bağlı araşdırma apardığını da qeyd edib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR