"İtkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək"

"İtkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək"
17:46 7 Dekabr 2015
32 Şou
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən hadisə Prezident İlham Əliyevin şəxsi nəzarətində olduğuna görə bütün lazımi addımlar atılacaq".

Axşam.az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Mərkəzi Neftçilər Xəstəxanasına neftçilərə baş çəkdikdən sonra jurnalistlərə açıqlama verən baş nazirin müavini bildirib ki, yaralılara və itkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR