Totti daha 1 il "Roma"da qala bilər

"Roma"nın kapitanı Françesko Totti klubla müqavilə müddətini daha 1 il müddətinə uzada bilər.

Daha öncə italyan futbolçunun karyerasını 2016-cı ilin yayında bitirəcəyinə dair məlumat yayılmışdı. Metbuat.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Totti daha 1 il "Roma"ya yararlı ola bilər.

Totti və prezident Ceyms Palotto arasındakı razılığın yaxın günlərdə əldə olunacağı gözlənilir. 39 yaşlı futbolçu hazırda zədəsinin bərpası ilə məşğuldu.

Françesko Totti İtaliya A Seriyası tarixinin ən məhsuldar futbolçuları siyahısında təkcə Silvio Piolidən geri qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR