Bəzi qəsəbələrə qaz verilişində məhdudiyyətlər olacaq

Bəzi qəsəbələrə qaz verilişində məhdudiyyətlər olacaq
18:02 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Sabah Abşeron magistral qaz kəmərləri sahəsində aparılacaq cari təmir işləri ilə əlaqədar Bakı şəhərinin Ramanı, Yeni Suraxanı və Zabrat-1 qəsəbələrinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, dekabrın 8-də saat 10:00-dan 18:00-dək Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Suraxanı”, “Yeni Zabrat” (Xalçaçılıq) və “Ramanı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işləri aparılan müddətdə Ramanı, Yeni Suraxanı və Zabrat-1 qəsəbələrinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bezi-nece-qesebede-qaz-verilisinde-mehdudiyyetler-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR