Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rəsi-zadəyə

18:08 7 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Hörmətli cənab Baş nazir, əziz qardaşım, 
Dekabrın 4-də meydana gələn şiddətli fırtınanın Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğının baş verməsinə yol açdığını və həmin gün rəsmi səfərdə olduğum qardaş Azərbaycanda baş verən yanğının insan tələfatı ilə nəticələndiyini dərin kədər hissi ilə öyrəndim.
Hökumətim adından və şəxsən öz adımdan yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, Zati-alinizə, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə və dost Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzu edirəm.
Hörmətlə,
Əhməd Davudoğlu
Türkiyə Respublikasının Baş naziri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_Bas_naziri_cenab_Artur_Resi_zadeye-909020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR