Azərbaycanın mövcud birgəyaşayış modeli dünya dövlətlərində böyük maraqla qarşılanır

Azərbaycanın mövcud birgəyaşayış modeli dünya dövlətlərində böyük maraqla qarşılanır
18:13 7 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycanda mövcud olan birgəyaşayış modeli dünya dövlətləri tərəfindən böyük maraqla qarşılanır.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Beynəlxalq Rus dili və Ədəbiyyatı Assosiasiyasının və Rusiyanın Təhsil Akademiyasının prezidenti xanım Lyudmila Verbitskaya ilə görüşündə səsləndirilib.
Görüşdə Dövlət müşaviri Azərbaycanda mövcud olan multikultural mühitdən, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibətdən, təhsil və mədəniyyət sahəsində xarici ölkələrlə dialoqun daha da inkişaf etdirilməsi məqsədilə görülən işlərdən ətraflı söz açıb. Kamal Abdullayev Prezident İlham Əliyevin bu sahəyə xüsusi həssaslıqla yanaşdığını, bunun nəticəsi olaraq ölkəmizdə Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını qeyd edib.
Ölkəmizdə Prezident İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin birgə himayəsi ilə keçirilən Beynəlxalq Humanitar forumlar, Azərbaycan və Rusiya arasındakı çoxtərəfli əlaqələr haqqında danışan Dövlət müşaviri Azərbaycanda mövcud olan birgəyaşayış modelinin dünya dövlətləri tərəfindən böyük maraqla qarşılandığını, bunun nəticəsi olaraq Avropanın, o cümlədən Rusiyanın universitetlərində “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisinə başlanıldığını diqqətə çatdırıb.
Akademik Lyudmila Verbitskaya Azərbaycan və Rusiya arasında olan müxtəlif istiqamətli əlaqələrdən, xüsusən, Azərbaycanda rus dilinin tədrisinin effektiv şəkildə təşkil olunmasından danışıb, Azərbaycan dövlətinin rus dilinə, mədəniyyətinə olan qayğısını yüksək dəyərləndirib. Bu münasibətlərin dahi siyasətçi Heydər Əliyevin siyasi uzaqgörənliyindən qaynaqlandığını və hazırda da yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Akademik Lyudmila Verbitskaya Dövlət müşaviri Kamal Abdullayevi “Azərbaycan və Rusiya multikulturalizmi” mövzusunda mühazirə oxumaq üçün Peterburq Dövlət Universitetinə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Kamal Abdullayev öz növbəsində qonağı Bakıda keçiriləcək növbəti Beynəlxalq Humanitar Foruma dəvət edib.
Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_movcud_birgeyasayis_modeli_dunya_dovletlerinde_boyuk_maraqla_qarsilanir-909024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR