Əli Əhmədov: Müalicə olunan neftçilərin sağlamlığı ilə bağlı problem yoxdur

Əli Əhmədov: Müalicə olunan neftçilərin sağlamlığı ilə bağlı problem yoxdur
18:13 7 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Müalicə olunan neftçilərin sağlamlığı ilə bağlı hər hansı problem yoxdur. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçilərə baş çəkərkən deyib.

O bildirib ki, həkimlər bütün tədbirləri görüblər, neftçilərin müalicələri aparılır: "Bir neçəsi elə bu gün də evə buraxıla bilər, amma həkimlər təkid edirlər ki, onlar bir neçə gün də həkim nəzarətində qalsınlar. Xüsusilə də baş vermiş hadisə ilə əlaqədar zərərçəkmişlərdə yaranmış psixoloji gərginliyi unutdurmaq lazımdır".

Ə.Əhmədov qeyd edib ki, burada müalicə olunan 13 nəfər neftçinin heç birinin sağlamlığı ilə bağlı hər hansı problem yoxdur: "Onların həyatına hər hansı bir təhlükə yoxdur. Çox qısa zamanda onların əksəriyyəti evə buraxılacaq".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR