Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ADİU-nun yubiley tədbirlərinə intellektual yarışlarla start verilib

ADİU-nun yubiley tədbirlərinə intellektual yarışlarla start verilib

Date: 7 December 2015 18:18


Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali məktəbin 85 illik yubileyi həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkənin 10-dan çox aparıcı universitetinin tələbə və məzunlarından ibarət 17 komanda iştirak edib. Yarışmada peşəkarlarla yanaşı, bu sahədə ilk addımlarını atan komandalar da biliklərini sınayıblar.
Yarışın sponsoru “Access Bank”-ın nümayəndəsi təmsil etdiyi qurumun intellektual gəncliyə daim dəstək verməyə hazır olduğunu bildirib, gəncləri imkanlardan səmərəli, ağılla istifadə etməyə, bilik və vərdişlərini inkişaf etdirməyə səsləyib.
Üç tur və 36 sualdan ibarət olan yarışmada birinci yerə “Vendomat” komandası layiq görülüb. Komandanın kapitanı ADİU-nun magistrantı Türyan Məmmədovdur. İkinci və üçüncü yerləri müvafiq olaraq “HİT” və “Dream Team” komandaları tutub.
Qaliblər mükafatlandırılıblar.


Tags:  ADİU-nun yubiley tədbirlərinə intellektual yarışlarla start verilib



RƏYLƏR


Top news