Azərbaycanda büdcə pullarını yeyən dövlət qurumu

Azərbaycanda büdcə pullarını yeyən dövlət qurumu
18:21 7 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) dövlət büdcəsindən ayrılan vəsaiti səmərəsiz istifadə etməsi, əlavə xərclərə yol verməsi aşkarlanıb.

ANS PRESS-in Hesablama Palatasına istinadla verdiyi məlumata görə, palatanın Kollegiya iclasında dövlət büdcəsindən Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirinin nəticələri müzakirə edilib. İclasda aşkarlanan nöqsanlar haqqında danışılıb.

Bildirilib ki, dövlət qulluqçusu olmayan müvəqqəti işçilərə dövlət qulluğunda qulluq stajına görə əmək haqqına əlavə ödənilməsi, Baş Hesablama Mərkəzində işlədikləri dövrün dövlət qulluğunda staj kimi nəzərə alınması kimi nöqsanlara yol verilib, bir sıra işlərin və xidmətlərin yerinə yetirilməsi zamanı müqavilə şərtlərinə əməl edilməsinə nəzarət olunmaması səbəbindən podratçı təşkilatlara əlavə vəsaitin ödənildiyini, beynəlxalq tədbirlərin keçirilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı artıq xərclərə yol verilib.

Bundan başqa çoxlu sayda statistik blanklar, məcmuələr, kənd təsərrüfatının siyahıyaalınması materialları və s. çap işləri həyata keçirilməklə büdcə vəsaitlərindən səmərəsiz istifadə olunmasına şərait yaradılıb.



Baxmayaraq ki, məlumatlar dövlət statistika orqanlarına elektron sənəd formasında təqdim olunub, statistik hesabatlar yeni onlayn texnologiyaların tətbiqi ilə toplanaraq işlənilir, eləcə də Baş Hesablama Mərkəzi Komitənin bütün struktur vahidləri arasında məlumat mübadiləsini təmin edən sənəd dövriyyəsi, idxal-ixrac məlumatlarının və rəsmi statistika hesabatlarının onlayn işlənməsi sistemləri və s. müxtəlif sayda proqram təminatı sistemləri istismara verilib.

Auditor qeyd edib ki, bir sıra hallarda mühasibat uçotunun təşkili və aparılması ilə bağlı normativ-hüquqi aktların tələblərinə əməl olunmayıb, DSK maliyyə hesabatlarını tərtib edərkən yol verdiyi nöqsanlar bəzi balans hesablarının məbləğinin təhrif olunmasına şərait yaradıb.

Dövlət Statistika Komitəsinin sədrinin müavini Yusif Yusifov isə ANS PRESS-ə açıqlamasında bildirib ki, Hesablama Palatası adi iş qaydasına uyğun olaraq yoxlama aparıb.

"Dövlət Statistika Komitəsi isə öz növbəsində bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görəcək", - deyə sədr müavini əlavə edib.


Yusif Yusifov - Dövlət Statistika Komitəsinin sədr müavini

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR