AZAL gələcəkdə Bakı-Vyana-Bakı aviareysini həyata keçirə bilər

AZAL gələcəkdə Bakı-Vyana-Bakı aviareysini həyata keçirə bilər
18:23 7 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, Elvin Camalov, AZƏRTAC
Gələcəkdə Bakı-Vyana-Bakı aviareyslərini həyata keçirmək üçün tələbat yaranarsa “Azərbaycan Hava Yolları” QSC (AZAL) bundan mütləq istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
“Avstriya Hava Yolları” konserninin Bakıya uçuşlarını qeyri səmərəli olduğu səbəbindən dayandırdığını xatırladan P.Kəsəmənski AZAL tərəfindən göstərilən istiqamətdə uçuşların yerinə yetirilməsinə hal hazırda heç bir zəmin olmadığını söyləyib.
Onun sözlərinə görə gələcəkdə belə bir imkan yaranarsa AZAL bundan mütləq istifadə edəcək.
Xatırladaq ki, “Avstriya Hava Yolları” konserni 2016-cı il yanvarın 12-dən etibarən Vyana-Bakı-Vyana reysi ilə uçuşları dayandıracaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_gelecekde_Baki_Vyana_Baki_aviareysini_heyata_kechire_biler-909029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR