Əhməd Davudoğlu Artur Rasizadəyə başsağlığı verdi

Əhməd Davudoğlu Artur Rasizadəyə başsağlığı verdi
18:33 7 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycanın Baş naziri Artur Rasizadəyə başsağlığı verib.

Başsağlığında deyilir: "Dekabrın 4-də meydana gələn şiddətli fırtınanın Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğının baş verməsinə yol açdığını və həmin gün rəsmi səfərdə olduğum qardaş Azərbaycanda baş verən yanğının insan tələfatı ilə nəticələndiyini dərin kədər hissi ilə öyrəndim.

Hökumətim adından və şəxsən öz adımdan yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, Zati-alinizə, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə və dost Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzu edirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2466448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR