İnternetdə “Microsoft Techday” onlayn konfransı keçiriləcək

İnternetdə “Microsoft Techday” onlayn konfransı keçiriləcək
18:38 7 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dünyanın aparıcı informasiya texnologiyaları üzrə şirkəti “Microsoft” dekabrın 10-da “Microsoft Techday” onlayn konfransını keçirəcək.
“Microsoft Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, konfransın məruzəçiləri kənar şirkətlərdən olan ekspertlər və mütəxəssislər olacaq. Onlar “Microsoft” texnologiyalarının tətbiqi və imkanları haqda məlumat verəcək, real layihələrdə əldə etdikləri təcrübələrini bölüşəcəklər.
Onlayn konfrans çərçivəsində “PowerShell”, “bulud” sistemi, “Windows Server 2016” və s. mövzular müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Internetde_Microsoft_Techday_onlayn_konfransi_kechirilecek-909038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR