"Canımız yandı"

"Canımız yandı"
18:42 7 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Günəşli" yatağında  baş verən dəhşətli faciə hər kəsi sarsıdıb.

Publika.az xəbər verir ki, tanınmışlarımız  baş verən hadisədən dolayı keçirdikləri kədər və hüznü sosial şəbəkədə paylaşıblar. Onlar il ərzində baş verən və dəhşəti ilə ölkəni sarsıdan yanğın hadisəsini də xatırladıblar:
 
Bəstəkar-müğənni Emin Ağalarov kədərini belə ifadə edib:
 
"Xəzər dənizindəki "Günəşli" platformasında baş verən yanğın nəticəsində həlak olanların ailələrinə başsağlığımı verirəm. Bu, bizim hamınız üçün böyük itkidir. Allah rəhmət eləsin!"
  

Müğənni Sami Yusif fəlakəti ürəyində hiss edib:
 
"Səkkiz ay əvvəl körpə balaların alov içində can verməsinə canımız yandı.  Bu gün isə atasız, əmisiz, qardaşsız qalan o qədər insanlar üçün canımız yanır.  Sizdən uzaqda yalnız cismim olacaq, Azərbaycanım! Acınızı dərin hüznlə və can yanğısı ilə paylaşıram. Allah rəhmət eləsin!"  
 

Müğənni Almaz Ələsgərli:

"Allah rəhmət eləsin, Allah səbr versin!"

Könül Kərimova:
 
"Allah rəhmət eləsin. Xalqımıza Allah səbr versin!"

Teleaparıcı Günay Firudinqızı:
 
"Nə desək boş, Allah səbr versin!"
 

Xanəndə Elnarə Abdullayeva:
 
"Allah ölənlərə rəhmət eləsin. Ailələlərinə səbr versin!"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR