PKK terrorçuları Türkiyədə tarixi məscidi yandırıblar

PKK terrorçuları Türkiyədə tarixi məscidi yandırıblar
18:43 7 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 7 dekabr, AZƏRTAC
PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda tarixi Fatihpaşa məscidini yandırıblar.
Anadolu Agentliyinin məlumatına görə, 1516-1520-ci illərdə tikilmiş məsciddə yanğın terrorçular tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində baş verib. Hazırda fövqəladə vəziyyətin hökm sürdüyü Sur rayonu ərazisində Osmanlı dövründən qalan tarixi obyektlərin ətrafında terrorçular tərəfindən qazılan xəndəklərə çoxlu sayda partlayıcı basdırılıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/PKK_terrorchulari_Turkiyede_tarixi_mescidi_yandiriblar-909041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR