NBA-nın müntəzəm çempionatında mübarizə davam edir.
Dekabrın 6-dan 7-nə keçən gecə NBA-da ümumilikdə 5 görüş keçirilib. Səfərdə "Bruklin"ə qalib gələn "Qolden Steyt"in məğlubiyyətsiz oyunlar seriyası davam edir. Günün bir digər maraqla gözlənilən oyununda isə "Memfis" "Finiks"i qəbul edib. Son salisələr Kortni Linin bazzeri sayəsində "Qrizzlis" inanılmazı bacararq qələbə qazanıb.
Gecənin nəticələrinə nəzər salaq:
"Memfis" - "Finiks" - 95:93
"Bruklin" - "Qolen Steyt" - 98:114
"Vaşinqton" - "Dallas" - 104:116
"Detroyt" - "Leykers" - 111:91
"Oklahoma" - "Sakramento" - 98:95