Prezident FHN-nin yubiley medalının təsisi haqqında qanun imzaladı

Prezident FHN-nin yubiley medalının təsisi haqqında qanun imzaladı
18:49 7 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun qəbul edilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, yeni qanuna əsasən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə ediləcək:

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı;”.

Bundan başqa,  “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin  (əlavə olunacaq).

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunacaq).

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR