Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki ailə arasında qanlı münaqişə (FOTO)

İki ailə arasında qanlı münaqişə (FOTO)

Date: 7 December 2015 18:51

Bərdədə ailələr arasındakı münaqişə qanla nəticələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bəciravan kəndində baş verib.

Rayon sakini Şəmsiyyə Qarayeva qızı ilə birlikdə öz qayını oğlu 17 yaşlı Miryaqub Əhədzadəni bıçaqlayıb. Aralarında baş verən dava nəticəsində 37 yaşlı Şəmsiyyə və onun qızı 17 yaşlı Pəri Qarayeva da bıçaq xəsarətləri alıb.

Miryaqub Əhədzadənin atasının sözlərinə görə, hadisə zamanı oğlu evdə tək olub. Ailələr arasındakı ədavətin səbəbinə gəlincə isə bildirdi ki, 2 il öncə Miryaqub Şəmsiyyə Qarayevanın oğlu ilə birlikdə kanala üzməyə gedib. Həmin vaxt suda batan Miryaqubu balıqçılar xilas etsələr də əmisi oğlu batıb.

Bu hadisədən sonra pisxoloji sarsıntı keçirən Şəmsiyyə Qarayeva oğlunun ölümündə Miryaqubu günahlandırıb. Hər üç yaralı Bərdə MRX-na çatdırılıb. Döş qəfəsinin arxa nahiyəsindən yaralanan Miryaqub Əhədzadə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Bud və alın nahiyələrindən xəsarət alan Şəmsiyyə və Pəri Qarayevaların müalicəsi travmatalogiya şöbəsində davam etdirilir.


Miryaqub Əhədzadə - bıçaqlanan

"Gətirilən xəstələrin ilk növbədə yaraları cərrahi işlənilib. Hazırda vəziyyətləri kafi qimətləndirilir." - deyə həkim Şəmil Məmmədov bildirib.

Bərdə rayon polis şöbəsindən də hadisənin ailə münaqişəsi zəmnində baş verdiyini təsdiqlədilər.

"Qarşılıqlı mübahisənin nəticəsində hər iki tərəf həm Miryaqub Əhədzadə, həm də Şəmsiyyə Qarayeva xəsarət alıb. Qarşılıqlı olduğu üçün xəsarət hər iki tərəf alıb", - deyə müstəntiq Vəkil Əsgərov bildirib.

Hazırda baş vermiş faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam edir.

Tags:  İki ailə arasında qanlı münaqişə FOTO

RƏYLƏR


Top news