Göyçayda bütün ATS-lər elektronlaşdırılıb, kəndlərdə internet üçün yeni avadanlıqlar quraşdırılıb

Göyçayda bütün ATS-lər elektronlaşdırılıb, kəndlərdə internet üçün yeni avadanlıqlar quraşdırılıb
18:53 7 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 7 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda internet abunəçilərinin sayı sürətlə artır. Belə ki, 2009-cu ildə rayonda cəmi 48 abonent internet xidmətlərindən istifadə edirdisə, indi onların sayı 4200-ə çatıb.
Bu sözləri AZƏRTAC-a Göyçay rayon Telekommunikasiya Qovşağının rəisi İslam Əliyev bildirib. Son illər Göyçayda rabitə və informasiya texnologiyaları sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışan İslam Əliyev ötən 4 ildə rayonda bütün ATS-lərin ən müasir səviyyədə yenidən qurularaq elektronlaşdırıldığını və əhaliyə keyfiyyətli rabitə xidmətinin göstərildiyini vurğulayıb: “Son bir ildə Göyçayda internet abunəçilərinin sayı 350 nəfər artıb. Rayon telekommunikasiya qovşağı “Aztelekom”, “Avirtel”, “AzDATAcom”, “AzEdunet”, “CNC”, “Data plüş”, “Azəronline”, “Qlobal network” şəbəkəsinin portunu abunəçilərin istifadəsinə verib. Rayonda ən çox internet istifadəçiləri Göyçay şəhərinin, Çərəkə, Potu, Qarabaqqal, Ləkçiplaq, Qaraməryəm, Bığır, Çaxırlı kəndlərinin payına düşür”.
İslam Əliyev qeyd edib ki, rayon mərkəzində HUAWAY şirkətinə məxsus 1472 portluq yeni avadanlıq quraşdırılıb və mərkəzdən çıxarılan DSLAM-lar abunəçilərin müraciətlərini nəzərə alaraq həmin kəndlərdə yerləşdirilib. Bununla da bütün kəndlərdə boş portlar yaradılıb. Bundan əlavə, son vaxtlar Göyçayda daimi fəaliyyət göstərən internet klublarının sayı artaraq 15-ə çatıb. Həmçinin rayonun 17 yaşayış məntəqəsində Sloveniyanın “İskratel” şirkətinin istehsalı olan ən müasir NGN texnologiyalı ATS-lər quraşdırılıb. On məntəqədə isə Türkiyənin “Karel” şirkətinin istehsalı olan telefon stansiyaları istifadəyə verilib. Bütün stansiyaların birləşdirici xətləri optik kabellərlə təmin olunub. Bu da abonentlərə keyfiyyətli telefon rabitəsi göstərməklə yanaşı, onların bütün multimedia xidmətlərinə çıxışını da təmin edir. Müasir rabitə texnologiyasının köməyi ilə rayonda internetlə televiziya kanallarına baxmaq mümkündür.
Hazırda Göyçayda internet vasitəsilə dünyanın 100-ə yaxın televiziya kanalına baxan və çanaq antennalardan imtina edən abonentlərin sayı 20-dən çoxdur. Eyni zamanda, son bir ildə rayonda telefon abonentlərinin sayı artaraq 10 min 600-ə çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_butun_ATS_ler_elektronlasdirilib_kendlerde_internet_uchun_yeni_avadanliqlar_qurasdirilib-909048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR