Prezident İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqda sərəncam verdi

Prezident İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqda sərəncam verdi
19:05 7 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikasının nəqliyyat sektorunda son illər bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatması Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycan Respublikasının əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində iştirakın Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və "Azərbaycan Dəmir Yolları" QSC ilə birlikdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsinə dair Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq barədə çərçivə sazişinin və Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və onun maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası ilə İran İslam Respublikasının müvafiq qurumları arasında müqavilənin layihələrini razılaşdıraraq Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

2. Astara (Azərbaycan Respublikası) dəmir yolu stansiyasından Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin, habelə bu Sərəncamın 1-ci hissəsində göstərilən müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi işlərinin layihələndirilməsi və həyata keçirilməsi "Azərbaycan Dəmir Yolları" QSC-yə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Sərəncamın 2-ci hissəsində göstərilən dəmir yolu körpüsü ilə əlaqədar gömrük və sərhəd infrastrukturunun yaradılmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Sərəncamın 2-ci və 3-cü hissələrində göstərilən infrastruktur layihələri ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədi ilə zəruri tədbirlər görsün;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci, 3-cü hissələrində və 4.1-ci bəndində göstərilən tədbirlərin maliyyələşdirilməsini təmin etsin".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nadir Qafarzadə yeni mahnı yazdırıb - VİDEO

22 Avqust 2017 11:29

Gömrükdə avtomobildən xeyli sayda pirotexniki vasitə və fişəng tapıldı

22 Avqust 2017 11:28

Ermənistan ordusunun zabiti iki əsgəri döyüb

22 Avqust 2017 11:27

Astana akimatlığının nümayəndə heyəti Bakıya işgüzar səfərə gələcək

22 Avqust 2017 11:27

Dörd aylıq müharibənin ŞİFRƏLƏRİ: Düşmən tamamilə MƏHV EDİLƏCƏK

22 Avqust 2017 11:23

ABŞ-ın Moskvadakı səfirliyinin qarşısında viza almaq istəyənlərin uzun növbəsi yaranıb

22 Avqust 2017 11:22

Bu da Səmranın idmançı sevgilisi - FOTOLAR

22 Avqust 2017 11:18

Nazirlik ekoloji qanunvericiliyi pozanları cərimələyib

22 Avqust 2017 11:17

“Silkway Bank” səhmlərinin nominal qiymətini artırır

22 Avqust 2017 11:17

Rusiya ordusunun xüsusi təyinatlı dəstəsi Ermənistanda təlim keçir

22 Avqust 2017 11:12

Azərbaycanın daha 4 yunan-Roma güləşçisi dünya çemionatında mübarizəyə qoşulur

22 Avqust 2017 11:12

"Beşiktaş" Azərbaycana gəlir

22 Avqust 2017 11:10

Kolleclərə qəbul planı 97.51% dolub

22 Avqust 2017 11:09

QMİ "İslam həmrəyliyi ili" çərçivəsində bir neçə ölkədə tədbirlər keçirəcək

22 Avqust 2017 11:07

Filadelfiyada iki qatar toqquşub, 30-dan çox adam xəsarət alıb

22 Avqust 2017 11:07

"Marca" nəşri "Qarabağ"dan üzr istədi!

22 Avqust 2017 11:07

VİDEO: Xalası qızının əri ilə qaçan evli qadının görüntüləri...

22 Avqust 2017 10:58

Tapılan meyitin itkin düşən neftçiyə məxsus olduğu müəyyənləşib

22 Avqust 2017 10:57

Azərbaycan Belarusdan çörək almağa başlayıb

22 Avqust 2017 10:57

Nadir Qafarzadə: "Gəlin, xoş gəldin"

22 Avqust 2017 10:55

Xəzərdəki qəzada ölən neftçilərdən daha birinin meyiti tapıldı

22 Avqust 2017 10:54

Sumqayıtda bu avtomobili görənlər TƏƏCCÜBLƏNİR: 20 min manata satılır - VİDEO

22 Avqust 2017 10:53

ABŞ belə məhv ediləcək: Şimali Koreyadan AMANSIZ CƏZA - VİDEO

22 Avqust 2017 10:53

Hindistanda müsəlman kişilərin boşanma hüququ 6 aylıq dayandırılıb

22 Avqust 2017 10:52

Azərbaycan Cüdo Federasiyasında dünya çempionatında çıxış edəcək yığma üzvləri ilə görüş keçirilib

22 Avqust 2017 10:52

GƏNCƏDƏ: İntihar etmək istədi, xilas edib döydülər...

22 Avqust 2017 10:50

Varlı ərəb turistləri Bergüzar Korel üçün BUNU DA ETDİLƏR - FOTO

22 Avqust 2017 10:48

Azərbaycan gömrükçüləri avtomobildə pirotexniki vasitə və fişənglər aşkar edib

22 Avqust 2017 10:47

Qızıl ucuzlaşdı

22 Avqust 2017 10:43

“Arada üzümüzə də baxın” – Azərbaycanlı aparıcı sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

22 Avqust 2017 10:38

Kərəm Həsənov Şabranda vətəndaşları qəbul edəcək

22 Avqust 2017 10:37

Hindistan Ali Məhkəməsi ölkədə yaşayan müsəlman kişilərdən boşanma hüququnu əlindən alıb

22 Avqust 2017 10:37

Təzyiqi aşağı salan möcüzəvi qarışıq

22 Avqust 2017 10:36

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib

22 Avqust 2017 10:35

Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb

22 Avqust 2017 10:35

Məşhur futbolçunun qanunsuz miqrant daşıyan mafiya ilə nə əlaqəsi? - FOTO

22 Avqust 2017 10:33

Nazirlik Şəkidə qanunvericiliyi pozan bələdiyyə sədrinə məcburi göstəriş verib

22 Avqust 2017 10:32

ABŞ-ın müdafiə naziri İraqa səfər edib

22 Avqust 2017 10:32

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başladı

22 Avqust 2017 10:30

"Qarabağ" tarixi oyun üçün Danimarkada

22 Avqust 2017 10:29

Əmisi arvadını xurd-xəşil etdi - TOVUZDA

22 Avqust 2017 10:28

Çox utanır, amma etdiyi əməl daha utandırıcıdır

22 Avqust 2017 10:25

"Space"ə keçən azərbaycanlı aparıcı imicini dəyişdi - FOTOLAR

22 Avqust 2017 10:24

Tovuz sakini əmisi arvadını döyərək əlini və ayaqlarını sındırıb

22 Avqust 2017 10:22

Səhnədə Hadisənin ALT PALTARI GÖRÜNDÜ - FOTO

22 Avqust 2017 10:18

Arda Turan hansı klubda oynayacaq?

22 Avqust 2017 10:17

Asılaraq edam edilən, güllələnən MƏXFİ AGENTLƏR

22 Avqust 2017 10:13

DİM: Kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisasları üzrə plan yerləri tam dolub

22 Avqust 2017 10:12

OPEC+ ölkələri iyulda hasilat öhdəliklərinə 94% əməl edib

22 Avqust 2017 10:12

ECA sədri transfer "pəncərə"sinin avqustun 31-də bağlanmasının əleyinə çıxış edib

22 Avqust 2017 10:12