Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cəsədi tapılan daha 4 neftçinin şəxsiyyəti bilindi

Cəsədi tapılan daha 4 neftçinin şəxsiyyəti bilindi

Date: 7 December 2015 19:11

SOCAR-ın “Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən meyiti tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub.

Axşam.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsindən APA-ya verilən məlumata görə, bu, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur.

Qeyd edək ki, bu gün saat 13:20 radələrində FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib. Onlardan Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

Tags:  Cəsədi tapılan neftçinin şəxsiyyəti bilindi

RƏYLƏR


Top news