Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Lənkəran payızı” üçüncü folklor festivalına yekun vurulub

“Lənkəran payızı” üçüncü folklor festivalına yekun vurulub

Date: 7 December 2015 19:18


Lənkəran, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində “Lənkəran payızı” üçüncü folklor festivalına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, sentyabr ayında başlayan folklor festivalı dörd mərhələdə və dörd nominasiya üzrə keçirilib.
Rayonda fəaliyyət göstərən 75 klub müəssisəsinin folklor və rəqs kollektivlərinin qatıldığı festivalın birinci mərhələsi klublarda, ikinci mərhələ klub filial birliklərində, üçüncü mərhələ Mədəniyyət Mərkəzinin proqram şurası qarşısında, dördüncü - yekun mərhələsi isə Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunub.
Qalib gələn kollektivlər final mərhələsinə vəsiqə qazanıb. Fərqlənmiş klub bədii özfəaliyyət kollektivləri musiqi, rəqs, oyunlar və bədii qiraət nominasiyası üzrə çıxış ediblər.
Final mərhələsində fərqlənmiş folklor kollektivləri və ifaçılar Lənkəran şəhər bələdiyyəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.





Tags:  Lənkəran payızı üçüncü folklor festivalına yekun vurulub


RƏYLƏR


Top news