Cəsədi tapılan neftçilərin şəxsiyyəti müəyyənləşdi

Cəsədi tapılan neftçilərin şəxsiyyəti müəyyənləşdi
19:23 7 Dekabr 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İtkin düşən neftçilərdən altısının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, 4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışlarının nəticəsi olaraq 7 dekabr 2015-ci il tarixində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb və sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

Bunlar Tağıyev Fuad Tahir oğlu, Mahmudov Ağa İzzət oğlu, Quliyev Fəxrəddin Xancan oğlu, Babayev Mikayıl İsmayıl oğlu, Mayılov Samir Cahangir oğlu və İsgəndərov Habil Tağı oğlunun cəsədləridir.

Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək. ​

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2466469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR