Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kiyevdə Azərbaycan dili sinifləri altı ildir ki, fəaliyyət göstərir

Kiyevdə Azərbaycan dili sinifləri altı ildir ki, fəaliyyət göstərir

Date: 7 December 2015 19:23


Kiyev, 7 dekabr, AZƏRTAC 
Ukrayna paytaxtının Elm və Təhsil Baş İdarəsinin keçmiş rəisi, hazırda Ukrayna Radasının elm və təhsil məsələləri komitəsinin sədri Liliya Qrineviçin dəstəyi ilə Kiyevdəki 37, 135, 188, 247 və 291 nömrəli orta ümumtəhsil məktəblərində artıq altıncı ildir ki, Azərbaycan dili sinifləri uğurla fəaliyyət göstərir.
Bu təhsil müəssisələrində 120-dən çox gənc həmvətənimiz və onların müxtəlif xalqların nümayəndələri olan yaşıdları müəllim Səfayə Naibovanın rəhbərliyi ilə Azərbaycan dilini, Odlar Yurdunun ədəbiyyatını və tarixini öyrənir, milli adət-ənənələrimizlə tanış olurlar. Yeri gəlmişkən, namuslu əməyinə və elm-təhsil prosesinə şəxsi töhfəsinə görə Səfayə Naibova Kiyevin Desna rayonunun profil departamentinin fəxri fərmanına layiq görülüb.
Kiyev Şəhər Dövlət Administrasiyasının Elm və Təhsil Baş İdarəsinin sabiq rəisi Vera Qoryunovanın xoş məramını və dəstəyini də qeyd etmək lazımdır.
Kiyev Şəhər Elm və Təhsil Baş İdarəsi və Bakı Şəhər Baş Təhsil idarəsi arasında saziş imzalanıb.
Hazırda Bakıdakı 164 nömrəli məktəb ilə Kiyevin 247 nömrəli məktəbi arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev


Tags:  Kiyevdə Azərbaycan dili sinifləri altı ildir fəaliyyət göstərir


RƏYLƏR


Top news